“Bakı bəyannaməsi” imzalandı

Milli Məclisdə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsi ilə bağlı tərəflərin bütün təklifləri nəzərə alınıb. Çıxışlardan sonra “Bakı bəyannaməsi” imzalanıb.

Qeyd edək ki, bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR