Gəncə sakinini ildırım vurub.
Metbuat.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Şəhər sakini 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib. 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşdüb.