"Özümü ortaya qoyan olsaydım divarlarım qızıldan olardı" - Mətanət həbs xəbərindən

Xəbər verdiyimiz kimi ötən gün müğənni Mətanət Əsədovanın qadın alveri ilə bağlı həbs xəbəri yayılmışdı.

Metbuat.az big.az-a istinadən xəbər verir ki, bu xəbərin yalnış olduğunu deyən müğənni sosial media hesabında canlı yayım açıb. Canlı yayım zamanı Mətanət bildirib ki, yayılan xəbərlər tamamilə yalandır və bu xəbərləri yayanları polisə verəcək:

"Mən hüquqi dövlətdə yaşayıram. Belə bir dövlətdə özbaşına durub kiməsə nəyisə etməyə haqqım yoxdur. Kiməsə Mətanətliyimi sübut etməyə ehtiyac yoxdur. Mən burdan Daxili İşlər Naziliyinə müraciət edirəm, oturduğum yerdə mənə nələr edirlər. Bunun qarşısı alınmalıdır. Bezdim. Nə imkan verirlər yetimliyimin, xəstəliyimin, səsimdə olan problemin dərdini çəkim. Evimdə ağır xəstələr var, həyəcan olmaz. Bilmirəm onların, bilmirəm öz acınacaqlı halımın fikrini edim. Bunu tapmaq mümkün deyil? Bir dəfə haqqımda çıxan yalan xəbərlərə görə polisə müraciət etdim. Amma yenə başlandı. Mən də kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Əgər nəsə oxumaqla olursa, mən niyə edə bilmirəm? Mən haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Azərbaycanda ikinci mənim kimi oxunuş yoxdur. Varsa gətirib qarşıma qoysunlar. Amma mənim villalarım, evim, maşınım yoxdur. Heç kimin heç nəyində gözüm yoxdur. Qaldığım ev kirayədir. Heç kimdən nəsə istəmirəm. Nə ad, nə maşın, nə ev, nə var-dövlət istəyirəm. Ev, maşın, qızıl, ər sizdədir. Hələ başınızın üstündə milyonlar var. Sənət dostlarım zəng ediblər ki, bir bu qalmışdı sənə yaxılmayan. Narkotiklə məşğul olanlar, özünü ortaya qoyanlar qalıb kənarda. Utanıram, ət tökürəm, bilmirəm nə deyim. Bilirəm bunu kim, nə üçün edir. Qadının öz işi var. Qadın polis idarəsi gəzər? Qaçıb gedirlər şikayət edirlər, şər atırlar, o bunundan şikayət edir. Belə şey olar? Bundan əl çəkməyəcəm, axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma apartdıracam. Bu xəbəri kimin yaydığını tapdıracam. Adını polisdə çəkdirib biabır edəcəm. Məmim yanımda kimsə hansısa müğənni haqqında artıq-əskik nəsə deyə bilməz. götürə bilmirəm bunu çünki özüm də bu sahədəyəm. Amma bəlkə də elə onların yanında mənim haqqımda nəsə deyilsə üzünü çevirib gedərlər. Mən hələ beləyəm bunlar əl çəkmir məndən. Bezmişəm artıq".

Daha ətraflı baxmaq üçün həmin videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR