x
Loading...

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Stefan Viskonti, Endryu Şofer və İqor Kovayev) birgə bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatlar barədə narahat olduqlarını bildirib, Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırıblar.

Bəyanatda həmçinin qeyd olunub ki, problemlər danışıqlar yolu ilə həll edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR