Sərhəddə GƏRGİNLİK: Orduya qəti əmr verildi:

Xəbər verdiyimiz kimi, Zakir Həsənov Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

Metbuat.az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Əziz Əlibəyli bildirdi ki, bu o deməkdir ki, Kəlbəcərdə dövlət sərhədinin delimitasiyası başa çatmayıb və gələcəkdə proses ağrılı keçə bilər. Siyasi şərhçi xüsusilə vurğuladı ki, bu əmrə elə məna yükləmək olmaz ki, genişmiqyaslı toqquşma ehtimalı yüksəkdi. Amma bununla belə ayıq-sayıqlıq şərtdir.


“Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsini tələb edib. Əslində hər hərbi hissənin özünün döyüş xəritəsi, planı olur. Görünür ki, bölmələrin dövlət sərhədinin Kəlbəcər istiqaməti ilə bağlı konkret döyüş planı yoxdur. Bununla belə, ordumuz orada da möhkəmdir və konkret döyüş planı olmadan da məqsədinə nail olur. Döyüş planı dəqiqləşərsə, gələcəkdə baş verən təxribatlara qarşı daha optimal və konkret cavablar veriləcək və Ermənistanın əli-qolu tamamilə bağlanacaq”.

Əziz Əlibəyli qeyd etdi ki, Zakir Həsənov qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsini də tapşırıb. Bu o deməkdir ki, maksimum şəkildə istehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir.

"Bu həm də Kəlbəcərə nəzərən deyil, həm də bütün Azərbaycan sərhədləri təqribən 1700 kilometr boyunca möhkəmlənmə işlərini nəzərdə tutur. Bunun nəticəsində Azərbaycan Ermənistana yeni sərhəd hüdudlarını qəbul etdirərək təsdiqlətmiş olacaqdır. Hazırda bu proses delimitasiya və demarksiya işləri ilə bağlıdır. Qalib ordumuz var. Əgər sərhəd təxribatı baş verərsə Azərbaycan diqtə edəcək ki, bu ərazilər mənimdir. Bu nə geniş miqyaslı müharibə deyil nə də, başqa ölkənin silahlı qüvvələrinin gəlişi. Artıq müharibə mərhlələsi başa çatıb".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR