Paşinyan yenidən baş nazir

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir seçilməsi barədə sərəncam imzalayıb.

Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, onun namizədliyi “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülmüşdü.

Qeyd edək ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR