Azərbaycanda benzin yenidən

Azərbaycanda "Aİ-98” markalı benzinin qiyməti qalxıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanda "Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub.

"SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məsələylə bağlı deyib: "Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiyməti də 5 qəpik artraq 1,45 AZN olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR