Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Metbuat.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək, havanın temperaturu gecə 24-27° isti, gündüz 36-39°, bəzi yerlərdə 40° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq

Atmosfer təzyiqi758 mmcivə sütunu təşkil edəcək, nisbi rütubət50-55 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə sabah şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində 25-26° isti, cənub çimərliklərində: 26-27° isti olacaq.

Avqustun 05-də Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaucanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°isti, gündüz 35-39°,

Bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz24-29° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR