Reper Aslixan: "2021-ci ilin sonlarına yaxın qlobal proyektlərlə qarşınızda olacam"

Azərbaycanın məşhur reperi Aslixan Abuçov (Aslixan) gənc reperlər ilə ərsəyə gətirdiyi yeni albomunu dinləyicilərinə təqdim edəcək.

Reper Metbuat.az-a açıqlamasında "NewScool" albomundan sonra hazırladığı yeni albomunun 2021-ci ilin sonlarına yaxın dinləyicilərlə bölüşəcəyini bildirib.

Aslixan Türkiyənin rep cəmiyyətində ad qazanmış məşhur qadın sənətçilərdən olan Ayşe Betül və gənc reper "Offsweet" ilə də qardaş ölkə Türkiyə üçün qlobal proyekt üzərində işlədiklərini açıqlayıb.

Reper karantin səbəbindən işıq üzü görməyən "Euro" albomu haqqında da danışıb. O, "Euro" albomunun yaxın zamanlarda Avropa ölkələrində onlayn olacağını söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR