İranın gözündə Paşinyan KİMDİR? -

"Ermənistan qorxur ki, İran anti-erməni koalisiyasına, məsələn, Şuşa Bəyannaməsinə qoşulacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Rusiya Zabitləri" Təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perendjiev Plexanov Caliber-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Rəsmi İrəvanın qonşu Azərbaycan və Türkiyə ilə çətin münasibətlər şəraitində İranla oxşar vəziyyətin qarşısını almaq istəyi olduqca başa düşüləndir.

"Nikol Paşinyan başa düşür ki, Ermənistanla qonşu olan dörd dövlətdən ikisi, yumşaq desək, rəsmi İrəvanla dostluq münasibətlərindədir. Mən şəxsən Ermənistanın rəsmi Tehranla yaxşı əlaqələr qurmaq istəyini alqışlayıram. Bəs niyə Paşinyan eyni vaxtda rəsmi Bakı və Ankara ilə münasibətlərdə düşmənçilik dərəcəsini azaltmağa çalışmır? Xüsusən də Azərbaycanla. Ümid edirəm ki, rəsmi Tehran İrəvana Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətinin faydasızlığını dərk etməyə kömək edəcək" - Perendjiev belə deyib.

Valday Beynəlxalq Diskussiya Klubunun eksperti, politoloq Fərhad İbrahimov hesab edir ki, İranın özündə Paşinyana münasibət olduqca qeyri-müəyyəndir, çünki iranlıların anlayışında o, Tehranın böyük inamsızlıqla yanaşdığı Qərb inqilabının məhsuludur.

"Bəli, Paşinyanın özü İranda kifayət qədər suallar doğurur və buna görə də etibarlı münasibət yoxdur. Baxmayaraq ki, etiraf etmək lazımdır ki, İran üçün Ermənistan, iranlıların yemək və dərman satdıqları bir iqtisadi təbəqədir, çünki orada onlara tələbat çoxdur. İki ölkə arasında münasibətlər yalnız iqtisadi mahiyyət daşıyır. İranlılar üçün bölgədə prioritet isə Azərbaycandır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR