x
Loading...

"Azəriqaz"ın sabiq mətbuat katibinə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.

Metbuat.az bildirir ki, bu barədə "Report"a o, özü məlumat verib.

C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

Xatırladaq ki, C.Səfərib "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR