Yevlaxda ağır yol qəzası:

Yevlax rayonunda yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun 4-cü kilometrliyində baş verib.

"VAZ" və ilkin məlumata görə, "Chevrolet" markalı avtomaşınların toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Xəsarət alan Yevlax sakinləri - 2019-cu il təvəllüdlü Cahid Əkbərzadə, 1978-ci il təvəllüdlü Rəşid Quliyev və 1987-ci il təvəllüdlü Quliyeva Gülər Ağakərim qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR