Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır -

Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır. Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir.

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyə Namazlı bildirir ki, dekorativ boyaların çoxunda istifadə olunan qurğuşun, xüsusilə sinir sisteminə mənfi təsir edir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərkibində qurğuşunun çox olduğu boyalardan istifadə olunan evlərdə yaşayan uşaqlarda əqli cəhətdən geriləmə olduğu sübuta yetirib.

Elə vətəndaşların özləri də qiymətin ucuz olmasına görə bəzən keyfiyyətsiz məhsullara üstünlük verdiklərini deyirlər. Lakin indiyə qədər onlara satıcılar tərəfindən materialda istifadə edilən kimyəvi maddələr barəsində ətraflı məlumat verilməyib.

Həkim onu da qeyd edir ki, vətəndaşlar satın aldıqları məhsulların sertifikatını tələb etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR