Koronavirusdan BİRDƏFƏLİK xilas ola bilərik -

Alimlər müəyyən ediblər ki, fenofibrat dərmanının və onun aktiv forması olan fenofibrik turşusu insan hüceyrələrindəki koronavirusu məhv edə bilir.

Metbuat.az xəbər verir ki, məlumatda qeyd olunur ki, fenofibrat ürək -damar xəstəliyi riski olan xəstələrdə xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə olunur. Alimlər koronavirusun zülalının ACE2 hüceyrə reseptorlarına bağlanma qabiliyyətini poza biləcək dərman axtararkən diqqəti ona yönəldiblər.

Araşdırmalar göstərir ki, fenofibrat virus orqanizmada 70 faiz azalda bilir. Bununla birlikdə, qiymət baxımından ucuz olan turşu, əksər koronavirus növlərinə qarşı eyni dərəcədə təsirlidir. Hazırda bu turşunun "Delta" ştammına qarşı effektivliyi araşdırılır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR