KTMT Baş katibi BU SƏBƏBƏ görə Yeravana getdi -

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxşı bilir ki, onun alternativ adlandırdığı Fransa hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi mümkün olmayacaq. Ona görə də məcbur qalıb, Rusiya və KTMT prosesə cəlb edir.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, KTMT Baş katibi Yerevana gələrək göstərmək istəyir ki, bu təşkilat Ermənistanın yanındadır və bu təşkilata ictimaiyyət tərəfindən etimadın bərpasına ehtiyac var.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Qeyd edim ki, rəsmi Yerevan dövlət sərhədində, xüsusilə, Kəlbəcər istiqamətində təxribatlara əl atır, həmçinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə atəşkəsi mütəmadi pozur. Bu təxribatların məqsədi delimitasiya və demarkasiyasiya prosesinə mane olaraq işğalda qalan Azərbaycan kəndlərinin geri verilməsində əlavə güzəştlər əldə etməkdir. Nəzərə almaq lazımdır ki, Ermənistanda siyasi vəziyyət Rusiyanın əleyhinədir. Moskva mövcud situasiyadan istifadə edib, Ermənistanda mövqelerini möhkəmləndirəcək. Rusiya Ermənistanı daha da nəzarətində saxlamaq, Azərbaycanla sərhəddə mövcud böhranı davam etdirmək üçün KTMT adı altında öz hərbçilərini Kəlbəcər və Naxçıvan istiqamətində yerləşirə bilər".

Politoloq xüsusilə bildirdi ki, məhz KTMT Baş katibi S. Zasın N. Paşinyanın mövcud açıqlamasından sonra Ermənistana səfəri və burada danışıqlar apararaq sərhəddə bu təşkilatın qüvvələri yerləşdirilə bilər. Təbii ki, S.Zas Kremlin təlimatı ilə Yerevana səfər edib və konkret olaraq Ermənistanın Azərbaycanla sərhəddində yerləşərsə, bu ölkəmizə qarşı təzyiq vasitəsi olacaq.

"Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün öz hərbçilərini təktərəfli olaraq delimitasiya aparılmayan ərazilərdə yerləşdirmir. Amma, KTMT bayrağı altında Rusiya hərbçilərinin sərhəddə yerləşdirməsi gedən proseslərdən xəbər verir. Bunu Rusiya Azərbaycana dolayı yolla təzyiq kimi istifadə edir. Çünki, Moskva Azərbaycana KTMT müşahidəçi statusu alması təklifi edilib və danışıqlar aparılıb. Amma, rəsmi Bakı bu qurumda müşahidəçi olmaq üçün heç bir cavab verməyib".

Məhəmməd Əsədullazadə qeyd etdi ki, KTMT Baş katibinin Yerevana səfəri, aparılan danışıqlar və ümumiyyətlə müharibədən sonra vəziyyətin gərginləşməsinə xidmət edir. Demək olar ki, 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi dalana dirənib. Amma, Azərbaycan bunu bir müddətdən sonra ölü nöqtədən tərpədəcək. Siyasi şərhçi fikrinin sonunda bildirdi ki, əgər, KTMT qüvvələri Qazax və Kəlbəcər istiqamətində yerləşərsə, ümumi siyasi situasiya gərginləşəcək.

Qeyd edək ki, rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanla Azərbaycan arasındakı sərhəd boyu rusiyalı sülhməramlıları yerləşdirmək barədə Nikol Paşinyanın təklifini təxribat adlandırıb.

Korotçenko bildirib ki, rusiyalı sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan hərbi qüvvələrinin qalması mövcud razılaşmaların pozulması deməkdir: Ekspertin qənaətincə, sırf destruktiv mövqe tutan Ermənistan Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə xələl gətirir:

“Bu, dünən də belə olub, indi də belədir, çünki erməni millətçiliyinin mahiyyəti dəyişməz qalıb”.

İ.Korotçenko deyib ki, Rusiya da siyasi təsir vasitələrini işə salaraq üçtərəfli bəyanatın müddəalarını Paşinyana icra etdirməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR