Bu gün 59 mindən çox şəxs peyvənd olunub

Azərbaycanda bu gün 59 288 nəfər vaksinasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 936 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 478 042, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 200 107, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 277 935 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR