Aİ Azərbaycana vaksinasiya üçün maliyyə vəsaitini artırdı

Avropa İttifaqı (Aİ) COVID-19-a qarşı vaksinin alınması məqsədilə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrə maliyyə vəsaitini artırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana ayrılan məbləğ əlavə 35 milyon avro artırılaraq 75 milyon avroya çatdırılıb.

Qeyd edək ki, Aİ bu məqsədlə cari ilin fevralında hər bir ölkə üçün 40 milyon avro ayırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR