“DOST İş Mərkəzi” 40 nəfəri Hərbi Qənimətlər Parkında işlə təmin edib

Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Bakı şəhəri, Xətai rayonunun ərazisində açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında nümayIş etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” tərəfindən icra olunan ödənişli ictimai işlər proqramı Hərbi Qənimətlər Parkını da əhatə edir.

Parkın sanitar-gigiyenik qaydalara uyğun qorunub saxlanılması, park ərazisində cari abadlıq işlərinin mütəmadi yerinə yetirilməsi məqsədi ilə “DOST İş Mərkəzi” tərəfindən 40 nəfər işlə təmin edilib.

Onların hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradır.

Ümumilikdə “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR