Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ:

Sinoptiklər ölkə ərazisində havanın maksimal temperaturunun yüksələcəyinə dair xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40°, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR