Azərbaycandan SƏRT CAVAB:

"Ötən gün Qubadlı rayonun Ermənistanla sərhəddə iki erməni hərbçisinin Azərbaycan sərhədçisinə hücumu və sinəsindən bıçaqla yaralaması göstərir ki, bu ölkəyə qarşı sərt addımlar atılmalıdır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun şərhinə görə, Azərbaycan tərəfi buna qarşı Gorus-Qafan yolunu bağlayıb. Siyasi şərhçi bildirdi ki, ümumiyyətlə, Qubadlı ərazisindən keçən Gorus-Qafan yolu bağlanmalıdır. Çünki, Ermənistan tərəfi sərhədlərin delimitasiyasından yayınır və "Zəngəzur" dəhlizinin açılmasına razılaşmır.


"Azərbaycan tərəfi Laçın dəhlizindən və Gorus-Qafan yolundan ermənilərin istifadəsinə şərait yaradır. Bunun qarşılığında Ermənistan tərəfi heç bir müsbət addım atmayaraq, hərbiçilərimizə qarşı təxribatlara əl atır. Qeyd edim ki, Qafan-Gorus yolunda Rusiya hərbçiləri ermənilərin təhlükəsizliyini təmin edir, Buna baxmayaraq Azərbaycan tərəfi bu yolu bağlayıb. Məhz eyni analoji halı Laçın dəhlizində də tətbiq etmək lazımdır. Çünki, bu dəhliz vasitəsilə Ermənistan öz ordusunu və silahları Qarabağa yerləşdirir. Ona görə də Azərbaycan təhlükəsizliyə görə dəhlizi bağlaya bilər".

Məhəmməd Əsədullazadə qeyd etdi ki, Gorus-Qafan yolunun bağlanması, Ermənistana mesajdır və belə bir hal sabah Laçın dəhlizində də tətbiq edilə bilər.

"Rusiyanın Azərbaycana qarşı bununla bağlı hər hansı bir təzyiq edəcəyi nəticəsiz qalacaq. Rusiyada artıq bu prosesdə vəziyyətin gərginləşdiyini və maraqlarına zidd olduğunun fərqindədir. Azərbaycanla əlaqələri zərbə altına almaq Rusiya üçün regionda mövqelərinin zəifləməsi deməkdir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR