Ukraynada Xarkov sakini Artyom Prixodko, Uda çayının sahilində zibil yığınında fotosessiya edib.

Metbuat.az xəbər verir ki, şəkillərini İnstaqramda paylaşan eko-fəal Artyom, bu addımı ilə ətraf mühitin çirklənməsinə diqqət çəkmək istəyib.

"Bu qədər çirkli olmasa gülməli olardı. Bu fotosessiyanın mesajı insanın təbiətə məsuliyyətsiz münasibətinin nəticələrini çatdırmaqdır. Təsəvvür edin ki, bir insan məsuliyyət daşımağa başlamazsa 10-20 ildən sonra bizi nə gözləyir. Hər kəsdən bu barədə düşünməsini və hərəkətə keçməsini xahiş edirəm"deyə aktivist bildirib.

Qeyd edək ki, onun bu addımına izləyiciləri də təriflər yağdırıb. Onlar "Çox güclü və eyni zamanda çox kədərli", "Bu, bir jurnalın üz qabığında olmalıdır!", "Əla iş görürsən!"- deyə şərhlərdə yazıblar.

Zibillikdə fotosessiya etdi, hər kəs onu TƏRİFLƏDİ -

Zibillikdə fotosessiya etdi, hər kəs onu TƏRİFLƏDİ -

Zibillikdə fotosessiya etdi, hər kəs onu TƏRİFLƏDİ -