Lənkəran və Lerik rayonlarında şəhid ailələri ziyarət edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin doğum günləri ilə əlaqədar ailələrinin ziyarəti davam etdirilir.

Metbuat.az xəbər verir ki, layihə çərçivəsində avqustun 30-da Lənkəran rayonu Osakücə kəndində şəhidlərimiz Şəhriyar Həbibi, Əflatun Fərəcov, Tural Hümmətovun, sentyabrın 1-də Lerik rayonu Orand kəndində Natiq Mirhüseynov və İdrət Əbdülovun ailəsi ilə görüş keçirilib. Qurani-Kərim və hədiyyələr təqdim edilib. Şəhid qardaşlarımızın ev muzeyləri və məzarları ziyarət edilərək ruhlarına dualar oxunub.

Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR