Azərbaycan I MDB Oyunlarında ilk qızıl medalını qazandı -

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR