Göyçayda Vətən müharibəsi şəhidinin ad günü qeyd olunub.

Metbuat.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan İlham Umud oğlu Hüseynovun doğum günü onun məzarı önündə qeyd olunub. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Çıxışlarda şəhid İlham Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Qeyd olunub ki, şəhid İ.Hüseynov oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, şəhid İlham Hüseynov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Göyçayda Vətən müharibəsi şəhidinin doğum günü məzarı önündə qeyd olunub