Azərbaycanda səfirin həyat yoldaşı qəzaya düşdü -

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

Metbuat.az Oxu.az-a istinadla xəbər verir ki, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səfirin həyat yoldaşının idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR