Tehran nüvə anlaşması ilə bağlı danışıqları Vyanada

İran hakimiyyəti tezliklə Avstriyanın paytaxtında nüvə anlaşması ilə bağlı danışıqlara başlayacaq.

Metbuat.az xəbər verir ki, bunu bazar ertəsi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə keçirdiyi mətbuat konfransında bildirib.

"Hökumət tezliklə Vyanada danışıqlara başlayacaq. Əgər mümkünsə bu prosesi bir dəqiqə də gecikdirməməyə çalışacağıq". O qeyd edib ki, İran, Birgə Hərtərəfli Fəaliyyət Planından kənara çıxan heç bir öhdəlik götürməyəcək. Diplomatın sözlərinə görə, "Tehran açıq şəkildə qarşı tərəfdən Vyanaya müzakirələrində real yanaşma gözlədiyinə inanır".

Aprel ayından etibarən Vyanada İranla beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında İranın nüvə anlaşmasının original formada bərpası problemi ilə bağlı danışıqlar aparılır. 2015-ci il 14 iyul tarixində imzalanan sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi. Lakin daha sonra ABŞ birtərəfli şəkildə həmin sazişdən çıxdığını elan edərək İrana qarşı sanksiyaları bərpa etdiyi açıqlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR