UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyunu keçiriləcək.
Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq oyun saat 20:45-də başlayacaq.
Qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb. FIFA referisi Erik Lambrextsə, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.
Rəqib komanda Bakıya itkilərlə gəlir. Belə ki, komandanın baş məşqçisi Patrik Rahmen Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozitodur. Onlar zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oynamayacaqlar.