Qriqoryanın addımı erməniləri qəzəbləndirdi:

Ermənistanın dövlət bayrağı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında tərs qalıb.

Metbuat.az xəbər verir ki, Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın bayrağı Kolumbiyanın bayrağını xatırladıb.Belə ki, Ermənistan XİN nazirinin müavini Armen Qriqoryanın qarşısındakı erməni dövlət bayrağı narıncı, mavi və qırmızı rənglərdə sıralanmış halda görünsə də o bunun fərqində olduğu halda heç bir addım atmayıb. İclas müddətində erməni nazir müavinin qarşısındakı bayraq Kolumbiya bayrağı kimi nümayiş olunub.

Həmin görüntünü təqdim edirik:

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR