Azərbaycanda muğam ifaçısı koronavirusdan

Xanəndə Xasməmməd Hacıyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu haqda axşam.az-a muğam ifaçısının gəlini Ayan məlumat verib. O bildirib ki, qayınatası koronavirus infeksiyasından dünyasını dəyişib:

"Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib".

Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR