“Qarabağ”ın oyununa görə metro xüsusi planla işləyəcək

Xəbər verdiyimiz kimi, bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda (BOS) “Qarabağ” – “Bazel” oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, buna görə “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası gücləndirlmiş iş rejimində çalışacaq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək:

“Metronun hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı olur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsi üçün ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulur. Əgər ehtiyac olarsa, “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Onu da qeyd edim ki, əvvəlki oyunlar zamanı təcrübələrimizə əsaslanaraq, bu müddətin bizə sərnişin axınını idarə etməyə kömək edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR