Polşanın prezidenti Trampla Baydeni

Polşa Prezidenti Andjey Duda, Ağ Ev administrasiyasının problemlərindən danışarkən, indiki Amerika lideri Co Bayden ilə Donald Trampın adlarını qarışdırıb .

Metbuat.az xəbər verir ki, bu barədə Onet portalı xəbər verir. Polşa lideri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu -Yorka gələrək səfər çərçivəsində xarici jurnalistlərə müsahibə verib. Varşava ilə Vaşinqton arasındakı əlaqələrdən danışan Duda, amerikalı həmkarlarının qarşılaşdıqları çətinlikləri də qeyd edib.

"Hazırda Prezident Donald Tramp administrasiyasının bir çox problemi var, məsələn O, Əfqanıstandakı vəziyyətlə də məşğul olmalıdır" Duda belə deyib.

Qeyd edək ki, dünya liderləri arasında ötən günlərdə belə bir vəziyyətə Coi Bayden düşmüşdü.

Bayden "Amerika Birləşmiş Ştatları demokratik dəyərləri, azadlığı və bərabərliyi daima müdafiə edəcək. Mən bütün insanların universal hüquqlarına inanıram, bu, millətimizin DNT-sindədir və ən əsası, bu təşkilata - ABŞ -a xasdır" demişdi. Ağ ev rəhbəri, "ştatlar" (Amerika Birləşmiş Ştatları - ABŞ) və "millətlər" (Birləşmiş Millətlər Təşkilatı - BMT) sözlərini qarışdırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR