Cari ilin 8 ayında ölkədə elektrik enerjisi istehsalı artıb

Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1109,7 mln. kVtst artaraq 18612,4 mln kVtst olub.

Energetika Nazirliyindən Metbuat.az -a verilən məlumata görə, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2767,4 mln. kVt·st, ixracı 150,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 611,2 mln. kVt·st, ixrac 49,1 mln. kVt·st artıb, idxal isə eynilik təşkil edib.

Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1109,7 mln. kVt·st artaraq 18612,4 mln kVt·st olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 mln. kVt·st artaraq 17409,7 mln kVt·st, SES-lərdə 120,3 mln. kVt·st artaraq 966,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 mln. kVt·st azalaraq 235,8 mln. kVt·st olub.

Külək elektrik stansiyalarında 58,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 38,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 139,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16737,1 mln. kV·ts (İES-lərdə 15892,7 mln. kVt·st, SES-lərdə 844,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 312,3 mln. kV·st (İES-lərdə 165,7 mln. kVt·st, SES-lərdə 111,6 mln. kVt·st, GES-də 35,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1519,9 mln. kVt·st təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR