Çavuşoğlu: Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edib

“Arzumuz budur ki, bölgədə artıq sülh və sabitlik olsun. Azərbaycan Ermənistana sülh müqaviləsi təklif etdi. Hələlik Ermənistan müsbət cavab verməyib”.

Metbuat.az Türkiyənin Milliyet qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında o bildirib ki, Türkiyə atacağı addımları Azərbaycanla birlikdə planlayır və birlikdə atır.

Çavuşoğlunun sözlərinə görə, bölgədə bütün tərəflərin qazanclı çıxacağı fürsət yaranıb. “Ümid edirəm bütün tərəflər bunu dəyərləndirər” -deyə diplomat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR