Adada fəlakət elan olundu: Lava sahilə çatdı -

İspaniyanın La Palma adasında sentyabrın 19-dan etibarən püskürən vulkan səngimir.

Metbuat.az xəbər verir ki, bölgədə fövqəladə vəziyyət elan edilib. Hökumət bölgəyə əlavə qüvvələr və dəstək göndərməyi planlaşdırır. Bildirilir ki, vulkan yüzlərlə evi sıradan çıxarıb. Minlərlə insan təxliyə edilib. Sıradan çıxan evlər üçün hökumət büdcə ayırıb.

Vulkandan püskürən lavalar yaşayış məntəqələrindən keçərək, dənizə axmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR