“Azərkosmos”un ixrac gəlirləri avqustda azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışını açıqlayıb.

Metbuat.az xəbər verir ki, sənədə əsasən, bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 31 ölkəyə 30,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ölkə və 0,4 milyon dollar çoxdur. “Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 91%-ni təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur.

2021-ci ilin avqust ayında isə “Azərkosmos” 22 ölkəyə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib ki, bu da illik müqayisədə 3 ölkə və 0,1 milyon dollar azdır.

Bundan başqa, 2021-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

  1. “MKT İstehsalat Kommersiya” MMC
  2. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
  3. “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti
  4. “Baku Steel Company” MMC
  5. “P-Aqro” MMC, “Sun Food” MMC
  6. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
  7. “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC
  8. Hidayətov Təyyar Hidayət oğlu,
  9. Cəfərov İlqar Südgül oğlu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:

  1. “Socar Polymer” MMC
  2. “Azergold” QSC
  3. “Azəralüminium” MMC
  4. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
  5. “Azərenerji” ATSC
  6. “Azərbaycan Hava Yolları” QSC
  7. “Azəripək” MMC
  8. “Azərbaycan Dəmir Yolları” QSC
  9. “Naxçıvan MR Dövlət Energetika Xidməti



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR