İki paytaxt arasında uçuşlar yeddi il sonra bərpa olundu

Liviyanın paytaxtı Tripoli ilə Misirin paytaxtı Qahirə arasındakı mülki uçuşlar yeddi il sonra yenidən başlayıb.

Metbuat.az xəbər verir ki, Tripolinin Mitiqa Hava Limanı məlumat yayıb.

Məlumatda Liviya dövlətinə məxsus “Afriqiyah Airways” təyyarəsinin yeddi il sonra Qahirəyə doğru yola çıxdığı bildirilib.

Mülki uçuşların iki ayrı Liviya hava yolu şirkəti ilə həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Liviyada 2014-cü ildən bəri şiddətlənən vətəndaş müharibəsi və siyasi böhranlar səbəbindən çox sayda səfirlik və xarici missiyalar ölkədəki fəaliyyətini dayandırmış, beynəlxalq uçuşlar da tamamilə ləğv edilmək həddinə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR