NASA, Neptun planetində araşdırmaya başlayacaq -

NASA 10 il ərzində Günəşdən ən uzaq olan Neptun planetinə araşdırma cihazı göndərməyi planlaşdırır.

Metbuat.az "İzvestiya"ya istinadla xəbər verir ki, "Neptun Odyssey" missiyasının açılışı 2031-ci ilə planlaşdırılır. Cihaz Elon Musk-ın "SpaceX"ə məxsus olan "Space Launch System" və ya "Falcon Heavy" sistemindən istifadə edərək səyahət edəcək. Güman edilir ki, cihaz 2043-cü ilə qədər planetə yaxınlaşa bilər.

Qeyd edək ki, Neptun planteninə uçuş 3,4 milyard dollara başa gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR