Rusiya, Ukrayna üzərindən Macarıstana qaz tranzitini dayandırıb.
Metbuat.az "TASS"a istinadən xəbər verir ki, Ukraynanın qaz ötürmə sistemi (OGTS) operatorunun bəyanatına görə, "Qazprom" Rusiya qazının Ukrayna ərazisindən Macarıstana tranzitini dayandırıb.
"1 oktyabr 2021 -ci ildə, Ukrayna ərazisindən Macarıstan istiqamətində təbii qazın tranziti dayandırıldı" məlumatda belə deyilir.
Qeyd edək ki, sentyabrın sonunda Macarıstan, Qazpromla Ukrayna ərazisini keçərək qaz tədarükü üçün 15 illik müqavilə imzalayıb. Bunun əvəzinə Serbiya və Avstriyanın imkanlarından istifadə ediləcək. Müqavilə ildə 4,5 milyard kubmetr tədarükü nəzərdə tutur. Məhz bundan sonra Ukrayna hakimiyyəti və Rusiya qazının ölkə üzərindən tranzitindən məsul olan OGTS rəhbərliyi tərəflər arasında bağlanan müqavilənin Kiyevin enerji təhlükəsizliyini və milli qaz nəqli sistemini təhdid etdiyini bildirib .