Qan donduran GÖRÜNTÜLƏR: Kütləvi edam CƏZASI -

Dünyanın ən təhlükəli ölkəsi olan Meksikada daha bir dəhşətli hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə kartel üzvlərinin rəqib dəstənin bəzi üzvlərini sorğu-suala tutub sonra edam etmələri ilə bağlı videolar yayılıb. Dəstə edam etdikləri dörd kişinin cəsədlərini hökumət idarəsi qarşısında ataraq əvvəlcə Meksikada, sonra isə bütün dünyada qəzəbə səbəb olacaq əməl törədiblər.

Meksikalı "Los Tlacos" karteli tərəfindən həyata keçirilən kütləvi edam zamanı, qurbanlar diz çökdürülərək və əvvəlcə sorğu -sual edilərək daha sonra öldürülürlər.

"El Pais" qəzetinin yazdığına görə, kartel videonun yayımlanmasından bir neçə saat əvvəl İguala meri David Gama Perezin ofisinin qarşısına kəsilmiş dörd cəsəd atılıb. Cəsədlərdən biri polis tərəfindən ikiqat qətl törətməkdə axtarılan "Luis Angel" idi. Digər 16 qurbanın qalıqlarının tapılıb-tapılmadığı məlum deyil.

Qan donduran görüntülər! Kartellər Meksikada 20 nəfəri edam edir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR