Koronavirusa qarşı ilk dərmanın qiyməti AÇIQLANDI -

ABŞ-ın "Merck" firmasının hazırladığı dərmanın yeni tip koronavirusa (COVID-9) yoluxanların xəstəxanada yatma və ölüm riskini yarıya kimi azaltdığı açıqlanıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, Molnupiravir adlı bu dərmana yaxın zamanda ABŞ və digər ölkələrdə istifadə üçün icazə veriləcəyi bildirilir. İcazəsi təsdiqlənərsə Molnupiravir "COVID-9"u müalicə edən ilk dərman olacaq. "Merck" firmasının hazırladığı dərman həblərini xəstələr beş gün ərzində iki dəfə qəbul edəcək. Dərman koronavirus genlərinin içinə yerləşdirdiyi "xəta kodları" ilə virusun çoxalmasının qabağını alır.

Koronavirusa qarşı dərmanın ilkin qiyməti açıqlanıb.

ABŞ hökümətinin dərman üçün müəyyənləşdirdiyi qiymət 700 dollardır. Qeyd edək ki, ABŞ 1.7 milyon insanın müalicəsi üçün dərman sifariş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR