ABŞ-ın ən zəngin insanlarının yeni siyahısı açıqlandı

“Blue origin” şirkətinin sahibi Ceff Bezos dördüncü dəfə ABŞ-ın ən varlı insanları siyahısına rəhbərlik edir.

Metbuat.az xəbər verir ki, bu barədə “Forbes” yeni məlumat yayıb. İkinci yerdə isə İlon Mask qərarlaşıb.

Üçüncü pillədə "Facebook"un qurucusu Mark Zukerberq, dördüncü yerdə "Microsoft"un qurucusu Bill Qeyts, beşinci sırada isə "Google"un həmtəsisçisi Larri Peyc qərarlaşıb.

Nəşrin məlumatına görə, ABŞ-ın 400 zəngin insanın ümumi sərvəti hazırda 1,8 trilyon dollar təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 500 milyard dollar çoxdur.

Siyahıdakı ən varlı 8 nəfərin sərvəti 100 milyard dollardan çox təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR