Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu gün püşkatma mərasimi keçirilib və Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Qeyd edək ki, sabah 55, 72, 77 və 82 kq-da çıxış edən güləşçilər xalçaya çıxacaq. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR