ANS PRESS-in məlumatına görə, bu ölkələrin rəhbərləri təbriklərində Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə təbrik ediblər.
Bruneyin Sultanı təbrikində deyir: "Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərməkdən məmnunluq duyuram. Sizə və xalqınıza xoşbəxtlik və rifah arzulayıram. Ölkələrimiz arasında ikitərəfli dostluğu, habelə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə olan marağı yüksək qiymətləndirirəm. Uca Allah Sizə və Azərbaycan xalqına tərəqqi və rifah bəxş etsin."
Qətər Dövlətinin Əmiri Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb: "Bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırır, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına daha böyük uğurlar və tərəqqi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsini arzu edirəm."