Livanda neft emalı müəssisəsində güclü yanğın baş verdi

Livanın cənubundakı Zahrani neft müəssisəsində güclü yanğın olub.

Metbuat.az xəbər verir ki, yanğın yanacağın saxlanıldığı anbarda müşahidə edilib. Tələfat barədə məlumat yoxdur. Bildirilir ki, alovu söndürmək üçün çox sayda yanğınsöndürən cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Livanda yanacaq problemi səbəbilə elektrik enerjsinin verilməsində problem yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR