Kapitan Nurlan Mustafayevin şəhadətindən 1 il ötür

44 günlük Vətən müharibəsində xalqımızın 2907 qəhrəman oğlu şəhid oldu, 7 nəfər itkin düşdü.

Metbuat.az xəbər verir ki, canını torpaq üçün fəda edən qəhrəmanlardan biri də şəhid kapitan Nurlan Mustafayevdir.

Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub. O, 1997-2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məкtəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.

Nurlan Mustafayev müharibənin ilk günlərindən cəbhədə vuruşub. O, Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid kapitan varlığından xəbərdar olsa da, üzünü görə bilmədiyi oğlu Nurlanı Vətənə əmanət qoyub.

Allah rəhmət eləsin!

Bu gun sehid Nurlan Mustafayevin dogum gunudur


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR