Yeni Baş nazir əfqanlara söz verdi

Yaponiyan Əfqanıstana maddi yardım etməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Kişida Fumio açıqlama verib. O bildirib ki, Yaponiya Əfqanıstana 190 milyon dollar dəyərində humanitar yardım göndərməyi planlaşdırır. Hökumət başçısının sözlərinə görə, humanitar yardım beynəlxalq təşkilatların köməyi ilə Əfqanıstana çatdırılacaq.

Əfqanıstana yardım etməyin vacibliyindən danışan hökumət başçısı, ölkəsinin bu istiqamətdə səylərini davam etdiricəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR