ABŞ PKK-nın hücumunu pislədi

“NATO müttəfiqimiz Türkiyəyə yönəlik xaricdən gələn hücumları pisləyirik”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin açıqlamasında belə deyilir. Açıqlamada, Suriyanın şimalından bütün tərəflərin atəşkəsə əməl etməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Vaşinqton Suriyada vəziyyətin sabitləşməsi üçün Ankara ilə birgə fəaliyyət göstərməyə davam edəcək.

Qeyd edək ki, PKK/YPG terror təşkilatının hücumu nəticəsində Suriyada iki türk polisi şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR