Livanda matəm elan edildi

Livan hökuməti paytaxt Beyrutda nümayişçilərə atəş açılması nəticəsində ölənlər üçün sabah bir günlük matəm elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Livan Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə bütün qurumlar işləməyəcək.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində nümayişçilərə odlu silahdan atəş açılıb. İnsident nəticəsində altı nəfər həlak olub, 60-dan çox insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR