SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına

Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədi ilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət edib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Bildirilir ki, şirkət, eyni zamanda adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədi ilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz ediblər. Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilib.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsinə baxılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR