x
Loading...

Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar

Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirilir.

Metbuat.az xəbər verir ki, marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunub.

Oktyabrın 17-də saat 10:00-da Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) başyan marafon Rustavi şəhərindəki parkada (ünvan: M.Kostava №12) başa çatacaq.

Marafonda yaşı 18-dən yuxarı şəxslər iştirak edirlər. Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR